Qarabağ bu azarkeşlərə bilet satmayacaq – ŞOK SƏBƏBbackend

Qarabağ bu azarkeşlərə bilet satmayacaq - ŞOK SƏBƏB

UEFA Bolqarıstanın ÇSKA klubunun azarkeşləri ilə bağlı intizam araşdırmasına başlayıb. Bu səbəbdən “Qarabağ”la səfər matçına bilet satışı dayandırılıb.

KONKRET.az Qol.az-a istinadla xəbər verir ki, buna səbəb Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Derri Siti” ilə matç zamanı yaşanan insidentlər olub. Həmin oyunda ÇSKA azarkeşləri ilə rəqib fanatlar arasında insident baş verib, nəticədə oyun dayandırılmalı olub.

Klubun rəsmi saytında yayılan açıqlamada bildirilib ki, UEFA intizam işi yekunlaşana qədər Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyuna ÇSKA azarkeşləri üçün bilet satılmamasını tövsiyə edib.

Buna baxmayaraq, Sofiya təmsilçisi azarkeşlərin iyulun 23-də keçiriləcək qarşılaşmada iştirak edə bilməsi üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.

“Klubumuz UEFA qarşısında baş verən hadisələrlə, həmçinin “Derri” klubunun və Şimali İrlandiya hakimiyyətinin təhlükəsizlik tədbirləri və oyunun təşkili ilə bağlı fəaliyyətləri barədə bütün arqumentlərini təqdim edəcək”, – deyə açıqlamada qeyd olunub.

ÇSKA eyni zamanda azarkeşlərini təmkinli olmağa çağırıb, aqressiv davranışları, xuliqanlıq, irqçi və ayrı-seçkilik xarakterli hərəkətləri qəti şəkildə pislədiyini bildirib.

Qeyd edək ki, “Qarabağ” – ÇSKA matçı iyulun 23-də Bakıda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*