Eldar Mahmudovun evinin qarşısında etiraz aksiyası keçirildibackend

Eldar Mahmudovun evinin qarşısında etiraz aksiyası keçirildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general və polkovniklərinin işi üzrə zərərçəkmiş kimi tanınan şəxslər keçmiş nazir Eldar Mahmudovun bağ evinin qarşısında etiraz aksiyası keçirib.

KONKRET.az xəbər verir ki, vaxtilə saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyən zərərçəkmişlər onlara vurulan ziyanın ödənilməsini tələb edirlər.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bağ evi Nardaranda yerləşir. Etiraz edən vətəndaşlar ora çatanda sabiq nazirin bağ evinin qarşısına xeyli sayda polis əməkdaşı toplaşmışdı.

Etirazçılar əllərində “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış plakatlar qaldırıblar.

(Meydan TV)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*