Əli Əsədov moldovalı həmkarı ilə görüşdü – FOTOLARbackend

Əli Əsədov moldovalı həmkarı ilə görüşdü - FOTOLAR

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 10-da ölkəmizdə səfərdə olan Moldovanın Baş naziri Nataliya Qavrilitsa ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Moldova münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

Bakıda keçirilən Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulanıb.

Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*