“Əliyev dahi filosofların arzusunda olduqları hökmdar idealını xatırladır” – Rusiyalı politoloqbackend

"Əliyev dahi filosofların arzusunda olduqları hökmdar idealını xatırladır” - Rusiyalı politoloq

Politoloq Sergey Markov özünün TG kanalında İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar onun ölkənin inkişafındakı xidmətlərini sadalayıb.

KONKRET.az-ın məlumatına görə, o bildirib ki, İlham Əliyev Azərbaycanı qələbələrə, tərəqqiyə aparan, digər dünya liderlərinin də nümunə götürdüyü ən uğurlu liderlərdən birinə çevrilib.

“O, beynəlxalq qurumlardakı böhran şəraitində Azərbaycanın Qarabağ problemini tamamilə həll etdi və tam hərbi qələbə qazandı. Ölkəsində dünyanın ən müasir ordularından birini yaradıb. Azərbaycan Cənubi Qafqazın əsas ölkəsinə çevrilib. Qarşıda Cənubi Qafqazın iqtisadi birliyinin formalaşmasıdır”, – deyə politoloq əlavə edib.

Sergey Markovun sözlərinə görə, Bakı dünyanın ən böyük forumlarının keçirildiyi şəhərə çevrilib.

“İlham Əliyev nəticə etibarı ilə dahi filosoflar Platonun, Aristotelin, Monteskyenin, Volterin arzusunda olduqları maarifpərvər hökmdar idealını xatırladır”, – deyə Markov bildirib.

Burhan,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*