“Bakı ermənilərə Azərbaycanın şərtləri ilə Qarabağda qalmağı və ya üçüncü ölkəyə getməyi təklif edir”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan “Twitter” mikrobloqunda yazıb.
“Azərbaycan Qarabağda yaşayan ermənilərin ya Azərbaycanın şərtləri ilə razılaşıb qalmalı, ya da üçüncü ölkəyə getməli olduğu fikrini irəli sürür. Və bunun etnik təmizləmə olmadığını bildirir. Bu fikrin doğruluğuna inanmaq istəyərdik”, – deyə Marukyan qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
