Emin Ağalarov “Sea Breeze”ə xərclənən məbləği AÇIQLADIbackend

Emin Ağalarov “Sea Breeze”ə xərclənən məbləği AÇIQLADI

Azərbaycanın Xalq artisti, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov Bakının Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” layihəsinə qoyulan investisiyanın məbləğini açıqlayıb.

KONKRET.az xəbər verir ki, o bu barədə “Rossiya-1” telekanalında yayımlanan “Vesti nedeli” proqramında danışıb.

“Bugünkü gün layihəyə qoyulan ümumi investisiya təxminən 400 milyon dollar (680 milyon manat-red.) təşkil edib. Təxminən 300-400 min kvadrat metr müxtəlif daşınmaz əmlak inşa edilib”, – Ağalarov deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*