Ənənəvi yarmarkalar sona çatır: Görün nə ilə əvəzlənəcək…backend

Ənənəvi yarmarkalar sona çatır: Görün nə ilə əvəzlənəcək...

Rəqəmsallaşmanın sürətlə artdığı müasir dövrdə artıq bir çox sahələrdə ənənəvi üsullar yerini virtual formata verir. Bu tendensiya yarmarka sektoruna da təsirsiz ötüşmür. Maraqlıdır, elektron yarmarkalar yaxın 5 ildə Azərbaycanda reallaşa bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, elektron yarmarka klassik yarmarkalardan fərqli olaraq fiziki məkanda deyil, onlayn platformalar üzərindən həyata keçirilir:

Minimum əmək haqqı bu qədər artırılacaq - Xalid Kərimli açıqladı |  news365.az

“Ənənəvi yarmarka adətən müəyyən mərkəzlərdə, zallarda təşkil olunur və burada iştirak üçün əlavə xərclər – stend qurulması, nəqliyyat, yerləşmə kimi məsrəflər tələb olunur. Elektron yarmarkada isə bütün bu xərclər aradan qalxır, iştirakçının fiziki olaraq həmin məkana getməsinə ehtiyac qalmır. Bu, həm daha ucuz, həm də rahat formatdır.”

Ekspertin sözlərinə görə, elektron yarmarkaların əsas üstünlüyü coğrafi məhdudiyyətin olmamasıdır:

“Məsələn, Azərbaycanda keçirilən bir elektron yarmarkada Hindistandan və ya başqa ölkədən olan iştirakçı da rahat şəkildə qoşula bilər. Bu format qlobal əhatə dairəsinə malikdir. Üstəlik, video konfranslar, virtual təqdimatlar kimi imkanlar da əlaqəni asanlaşdırır.”

Bununla yanaşı, Xalid Kərimli hesab edir ki, bəzi sahələrdə ənənəvi yarmarkaların üstünlüyü hələ də qalacaq:

“Məhsula toxunmaq, onun keyfiyyətini yerində görmək imkanını elektron yarmarka təmin edə bilmir. Buna görə də uzunmüddətli istifadə malları və ya fiziki təmas tələb edən məhsullar üçün ənənəvi yarmarkalar daha səmərəlidir. Amma texnoloji və innovativ məhsulların tanıdılması baxımından elektron yarmarka daha effektlidir.”

İqtisadçı vurğulayıb ki, rəqəmsallaşma və texnoloji inkişaf nəticəsində yaxın 5 ildə Azərbaycanda da bu formatın tətbiqi tam real görünür:

“Bu, ənənəvi yarmarkaları tamamilə sıradan çıxarmasa da, onların alternativ forması kimi formalaşa bilər. Hər iki modelin öz üstünlükləri və çatışmazlıqları mövcuddur.”

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*