“Ərdəbilli mollanın “şirin quyruğu” nağılı Ermənistanda böyük çoşqu yaradıb…”backend

"Ərdəbilli mollanın "şirin quyruğu" nağılı Ermənistanda böyük çoşqu yaradıb..."

“Qorxutmaq istədilər ki, mollabalanın sözünün üstünə söz desəniz, qarşınızda İranın…”

“Deməli, ərdəbilli mollanın “şirin quyruğu” nağılı Ermənistanda böyük çoşqu yaradıb. Zavallılar yaman sevincək olublar. Rus və ingilisdilli erməni saytlarında “İran Azərbaycana sərt mesaj verdi”, “İran Azərbaycana yerini göstərdi” tipli xəbərlər paylaşılıb. Belə çıxır ki, bu mollabala İran dövlətini təmsil edir…”.

KONKRET.az xəbər verir ki, bunu diplomat Vilayət Quliyev deyib.

Diplomat bildirib ki, təəssüf ki, bizdə də ərdəbilli molla ilə İran dövlətini bir tərəziyə qoymaq təşəbbüsləri oldu:

“Yazdılar ki, bəli şirin quyruğu ilə məzələnənlər gərək İranın 550 min nəfərlik nizami ordusunun, 600 min nəfərlik ehtiyat qüvvələrinin, topunun, topxanasının olduğunu unutmasınlar. Yəni sosial şəbəkədə fəallıq edənləri qorxutmaq istədilər ki, baxın ha, mollabalanın sözünün üstünə söz desəniz qarşınızda İranın ərteşini, sipahını və s. görəcəksiniz”.

“Dövlətimizin İran siyasəti həmişə ölçülü-biçili olub. Dəfələrlə bəyan edilib ki, tarix, din, dil, mədəniyyət baxımından xeyli bağlarımız var. Azərbaycan həmişə İrana münasibətdə səmimi qonşuluq münasibəti sərgiləyib, heç vaxt bu ölkənin daxili işlərinə qarışmayıb, həmişə ikitərəfli və regional əməkdaşlıq niyyətini açıqlayıb.

Amma hansısa mollanın sözündən insanlarımız niyə qorxmalıdırlar?

Doğrusu, bu məsələ mənə bir az qaranlıq qaldı…”, – deyə sabiq nazir fikirini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*