Ərdoğan və Stoltenberq arasında görüş başa çatdı – YENİLƏNİBbackend

Ərdoğan və Stoltenberq arasında görüş başa çatdı - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO  Baş katibi Yens Stoltenberq arasında görüş başa çatıb.

KONKRET.az  xəbər verir ki, bununla bağlı TRT məlumat yayıb.

Görüş zamanı tərəflər İsveç və Finlandiyanın NATO-ya üzv olması, Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar siyasəti haqqında fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan görüşdə Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə həyata keçirdikləri diplomatik görüşlər nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başladığını ifadə edərək, qarşıdakı dövrdə razılaşmanın uzadılmasına diqqət yetirəcəklərini bildirib.

20:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

KONKRET.az xəbər verir ki, Ərdoğan ilə Stoltenberq arasında görüş mətbuata qapalı olaraq Dolmabahçe İş Ofisində baş tutub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yens Stoltenberqi qəbul edib.

Görüşdən sonra Ərdoğan və Stoltenberqin mətbuata açıqlama verəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*