Ərdoğan: “Paşinyanın görüş təklifini mənə Gürcüstanın Baş naziri çatdırıb”backend

Ərdoğan: “Paşinyanın görüş təklifini mənə Gürcüstanın Baş naziri çatdırıb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın dəhlizin açılmasının əlehyinə olmasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Ərdoğan deyib ki, “Paşinyan bir tərəfdən dəhlizin açılmasının əleyhinədir, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik”.

Türkiyə Prezidentinin sözlərinə görə, Paşinyanın görüş təklifini ona Gürcüstanın Baş naziri çatdırıb. Türkiyə lideri ümid edib ki, Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*