backend

Ərdoğan Putinə: "Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığının bəzi detalları məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb. Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.

Ərdoğan Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərindən çıxması zəruriliyini bildirib. Türkiyənin dövlət başçısı qeyd edib ki, Azərbaycanın əks-hücum əməliyyatı onun öz ərazisi ilə məhdudlaşır.

Ərdoğan vurğulayıb ki, Ermənistan administrasiyasını sağlam düşüncə ilə danışıqlar masasına əyləşməyə inandırmaq lazımdır. Türkiyə lideri vurğulayıb ki, bu, münaqişəyə qəti qərarla son qoymaq və regionda vəziyyəti sabitləşdirmək son dərəcə əhəmiyyətlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*