Ərdoğan Rusiya və ABŞ-ın nüvə silahından istifadə etməyəcəkləri barədə MƏLUMAT ALIBbackend

Ərdoğan Rusiya və ABŞ-ın nüvə silahından istifadə etməyəcəkləri barədə MƏLUMAT ALIB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ nümayəndə heyətlərinin Ankaradakı təmaslarından sonra tərəflərin nüvə silahından istifadədən çəkinəcəkləri barədə məlumat aldığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, İndoneziyadan qayıdarkən təyyarədə jurnalistlərə deyib:

“Kəşfiyyat rəhbərimdən aldığım məlumat ondan ibarətdir ki, hələlik heç bir tərəf nüvə silahından istifadə etməyəcək”.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns bazar ertəsi Ankarada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşüb. Çərşənbə axşamı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kremlin danışıqların məzmunu ilə bağlı deyəcək heç bir sözü yoxdur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*