Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu il Tacikistana rəsmi səfər etməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Tacikistandakı səfiri Umut Acar deyib.
Səfir Ərdoğanın səfərinin dəqiq tarixini açıqlamayıb. Qeyd edək ki, Türkiyə lideri 2023-cü ildə Tacikistana uçmalı idi, lakin Türkiyədə baş verən silsilə zəlzələlər səbəbindən səfər təxirə salınmışdı.
Natiq Səlim,
KONKRET.az
