Ərdoğan: “Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, mümkün deyil, inciməsinlər” – VİDEObackend

Ərdoğan: "Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, mümkün deyil, inciməsinlər" - VİDEO

“Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, mümkün deyil, inciməsinlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əvvəla, biz Türkiyəyə sanksiya tətbiq edənlərə təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmağa “hə” deməyəcəyik. Çünki o zaman NATO təhlükəsizlik təşkilatı olmaqdan çıxır. “Hə” deyə bilmərik. Bizi bir daha sancmaq olmaz, əvvəl sancdıqları kimi.

Onlar (Finlandiya və İsveçdən nümayəndə heyətləri) bazar ertəsi Türkiyəyə gələcəklər. Bizi razı salmağa gələcəklər, üzr istəyirik, bizə arxalanmayın.

İsveç terrorçular üçün sığınacaq yeridir. İsveç və Finlandiyanın terrora qarşı dəqiq mövqeyi yoxdur”, – deyə Ərdoğan sərt mövqeyini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*