Ərdoğan Türkiyənin milli avtomobilini SÜRDÜ – FOTObackend

Ərdoğan Türkiyənin milli avtomobilini SÜRDÜ - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli avtomobili TOGG-u idarə edib.

KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısı tviter hesabında bildirib.

“Cənnət Vətənimizin yollarında…Yerli və milli”, – Ərdoğan sosial şəbəkə hesabında yazaraq avtomobili idarə etməsini əks etdirən fotoları paylaşıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskla videokonfrans keçirib.

Danışıqlarda kosmik və mobil texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri ilə yanaşı mövcud avtomobillərin inkişafı üçün gələcək addımlara toxunulub.

Belə ki, Türkiyə yaxın illərdə kütləvi istehsal etmək niyyətində olduğu TOGG elektrik avtomobili üçün litium-ion batareyaları əldə edə biləcək.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*