Ərdoğan və Putin arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, liderlər telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasında humanitar ehtiyacların ödənilməsinə dair təşəbbüsləri qiymətləndiriblər.
Ərdoğan bildirib ki, Türkiyə İsrail-Fələstin münaqişəsi zonasında sakitliyi təmin etmək üçün hər cür səy göstərəcək.
