Ərdoğanın oğlu və kürəkəni Fələstinə dəstək aksiyasında iştirak etdilərbackend

Ərdoğanın oğlu və kürəkəni Fələstinə dəstək aksiyasında iştirak etdilər

İstanbulda Fələstinə dəstək mitinqində Rəcəb Tayyib Ərdoğanın oğlu və kürəkəni də daxil olmaqla, on minlərlə insan iştirak edib.

KONKRET.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“İllərdir insanları evlərindən qovublar. İndi onlar insanları hər gün bir-bir öldürmürlər, kütləvi şəkildə qırırlar. İsrail bunu edir və biz buna etiraz edirik”, – deyə etirazçılardan biri bildirib.

Xatırladaq ki, bu həftə Türkiyə prezidenti  Qəzzada günahsız insanların ayrı-seçkilik edilmədən qətliamını qəti şəkildə pisləyib və deyib ki, İsrail özünü dövlət kimi aparmır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*