Ərəb koalisiyasının minlərlə əsgəri əsir götürülübbackend

Ərəb koalisiyasının minlərlə əsgəri əsir götürülüb

Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının tərəfdarları Səudiyyə Ərəbistanı ilə sərhəddəki Najran əyalətində iri miqyaslı hərbi əməliyyatın keçirildiyini bildiriblər.

KONKRET.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə “Press TV” telekanalının efirində “Ənsar Allah”ın silahlı qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Yəhya Saria bildirib.

O, qeyd edib ki, əməliyyat zamanı Ərəb koalisiyasının minlərlə əsgəri əsir götürülüb, habelə yüzlərlə nəqliyyat vasitəsi ələ keçirilib.

Ərəb koalisiyası xəbəri hələ ki nə təsdiq, nə də təkzib edib.

Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə üsyançı husilər arasında hərbi qarşıdurma davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*