Ərəb şirkəti mübahisəli Krıma yarım milyard investisiya qoyur
368
Bəhreynin investisiya şirkətlərindən biri Krımdakı infrastruktur layihələrinə 500 milyon avro investisiya qoymağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu məlumatı “İzvestiya” şirkətin Mərkəzi və Şərqi Avropa üzrə nümayəndəsi Ştefan Dovinə istinadən yayıb.
Ayrılan vəsaitin yolların təmiri, dəmiryolu layihələri və digər istiqamətlərə xərclənəcəyi bildirilib. Bununla belə Dovin sanksiyalara məruz qalmamaq üçün şirkətinin adının çəkilməməsini istəyib.
Bəhreyn şirkətinin nümayəndələrinin artıq Krımda olduğu və öz planlarının reallaşdırılmasına ilin sonundan başlayacaqları vurğulanıb.