“Erməni diplomatiyasının növbəti “NAİLİYYƏTİ”: Parolin Azərbaycana səfər edəcək” – “Hraparak”backend

"Erməni diplomatiyasının növbəti “NAİLİYYƏTİ”: Parolin Azərbaycana səfər edəcək" - "Hraparak"

Erməni mediası diplomatiyalarının növbəti “nailiyyəti”ndən məyusdur.

KONKRET.az-ın daha əvvəl xəbər verdiyi kimi, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Azərbaycana səfər edəcək.

O, bunu dövlət katibi Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarovla görüşündə deyib.

Görüşdə Azərbaycan ilə Vatikan arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Bu əlaqələrin sivilizasiyalararası və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təbliği baxımından əhəmiyyəti vurğulanıb.

Erməni mediası bu xəbərə kədər və qəzəblə reaksiya verib.

“Erməni diplomatiyasının növbəti “nailiyyəti” – Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Azərbaycana səfər edəcək. Sözün bitdiyi an…”, – deyə erməni nəşri “Hraparak” bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*