“Cəbrayılda 4-5 gün yatmadıq. Hər zaman çəkiliş aparırdıq”.
KONKRET.az xəbər verir ki, bunu erməni fotoreportyor özünün xatirələrini jurnalistlərlə bölüşəndə deyib.
O vurğulayıb ki, Cəbrayılda döyüşlərdə erməni silahlı dəstələrinin bütün silahları məhv edilib: “Bundan sonra əmrlə Hadrut meşələrinə çəkilməyimiz və orada möhkəmlənmək əmri gəldi. Bizə elə gəldi ki, bu, heç vaxt bitməyəcək. Mərmilərdən qorxmurduq, amma ölümdən qorxurduq.Axı bizi evdə gözləyirdilər!”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
