Erməni general QƏZƏBLƏNDİ: “Onda Paşinyan da istefa versin”backend

Erməni general QƏZƏBLƏNDİ: "Onda Paşinyan da istefa versin"

Erməni general korpus komandirinin işdən çıxarılmasını tənqid edib: “Onda Paşinyan da istefa versin”.

KONKRET.az xəbər verir ki, yanvarın 19-da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryants erməni mediasına yanğınla bağlı müsahibə verib.

O bildirib ki, əgər ikinci ordu korpusunun komandiri işdən çıxarılıbsa, bu məntiqə görə, Paşinyan da ali baş komandan vəzifəsindən uzaqlaşdırılmalıdır.

“Bu, yanlış və anormaldır. Bunu heyətlə etmirlər. Korpus komandiri olmaq üçün nə qədər vaxt lazım olduğunu bilirsinizmi? Tağım, rota, batalyon, diviziya.

Bəli, fövqəladə vəziyyət yaranıb, amma korpus komandiri niyə uzaqlaşdırılmalıdır? Bu gün məhz Ermənistanda bunu belə edirlər.

Noyemberyan istiqamətində yaxşı hərbi general Sərkisyan var idi və o, müharibədən əvvəl vəzifəsindən uzaqlaşdırıldı. Bu, necə mümkündür?

Axı bu yolla döyüş effektivliyi pozulur, generalın nüfuzu məhv edilir və bu, az qala məğlubiyyət deməkdir. Bu cür hədəf almaq olmaz. Generallar rəhbərlikdə olmalıdır. Məsuliyyəti bilavasitə bu hərbi hissənin rəisi, arxa cəbhənin rəisi, batalyon, rota komandiri daşımalıdır”, – deyə general hiddətlənib.

Xatırladaq ki, yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin Qeqarkunik rayonunun Azat kəndində yerləşən mühəndis rotasının sığınacağında yanğın baş verib. İlkin məlumata görə, yanğın nəticəsində 15 hərbçi həlak olub. Faktla bağlı cinayət işi başlanıb, ikinci ordu korpusunun komandiri və digər vəzifəli şəxslər işdən çıxarılıb.

Qeyd edək ki, Qeqarkunik rayonunun Azat kəndi Basarkeçərin Ağkilsə kəndidir. Digərləri kimi bu kəndin də azərbaycanlı əhalisi 1988-ci ildə öz doğma yurd-yuvasından didərgin düşüb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*