“Rəsmi statistikaya görə, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən silah alan ölkələrin siyahısında ikinci yeri tutub. Azərbaycan 117,315 milyon dollar dəyərində silah əldə edib”.
KONKRET.az xəbər verir ki, erməni mediası bu xəbərləri həyəcanlı şəkildə təqdim edir. “İrəvan nə etməlidir?” başlıqlı xəbərlərdə vurğulanır ki, sadalanan göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3 dəfə çoxdur. Məqalələrdə daha sonra vurğulanır: “44 günlük müharibədən sonra Azərbaycanın aktiv silahlanması bir çox suallar doğurur. Birincisi, Bakı niyə yenidən belə silahlanır və sonra aldığı silahları kimə qarşı istifadə edəcək, çünki divara asılan silahdan da bir gün atəş açılır”.
Erməni mediası iki versiya irəli sürüb. Birinci versiyaya görə, guya 44 günlük müharibə zamanı Azərbaycan silahlarının çoxunu itirib və indi bu boşluğu doldurur.
İkinci versiyada isə erməni ekspertlər ciddi cəhdlə sübut etməyə çalışırlar ki, Azərbaycan yeni bir müharibəyə hazırlaşır.
Ekspertlər ümid edir ki, Ermənistan Rusiyanın təhlükəsizlik sistemində olduğu üçün (“heç olmasa bunun belə olduğuna inanmaq istəyirik” – erməni mediası), o zaman hərbi ittifaqa üzv olmayan, həm də bütün sərhədlərinin qorunması problemini həll edən Azərbaycan hərbi vəziyyətini yaxşılaşdırır.
Erməni müəllifləri hesab edir ki, Azərbaycanın İranla dövlətlərarası sərhədinin qorunması üçün əlavə gücə ehtiyac yaranıb.
Bu ölkənin ekspertlərinə görə, “Ermənistan Qarabağ sülhünün əsas qarantı kimi Rusiya qarşısında bu məsələni ciddi qaldırmalı və bununla da İrəvan təhlükəsizlik sistemini gücləndirməlidir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az