Los Ancelesdə erməni milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa səsləyən aksiya keçirilib.
KONKRET.az xəbər verir ki, Bu barədə Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğu öz sosial şəbəkə hesabında paylaşım edib.
Baş Konsulluq bildirir ki, Los Ancelesin mərkəzində Erməni Gənclər Federasiyası və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlar edərək “edam” ediblər.
