Ermənilər Gəncəni atəşə tutdu: 5 ölü, 28 yaralı – YENİLƏNİB + VİDEObackend

Ermənilər Gəncəni atəşə tutdu: 5 ölü, 28 yaralı - YENİLƏNİB + VİDEO

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

***

Düşmənin Gəncəyə atdığı raketlərdən biri mülki əhalinin yaşadığı binaların üzərinə düşüb.

KONKRET.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində dağıntılar meydana gəlib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili tibbi yardım xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölənlərin, xəsarət alanların və dağıntılar altında qalanların olduğu bildirilir. Axtarış-xilasetmə işləri davam etdirilir.

***

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutur.

KONKRET.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*