Ermənilər narazılıq etdi, sülhməramlılar İrəvan-Xankəndi yolunda nəzarətə BAŞLADI – SƏBƏBbackend

Ermənilər narazılıq etdi, sülhməramlılar İrəvan-Xankəndi yolunda nəzarətə BAŞLADI - SƏBƏB

“Azərbaycandakı Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun ”Twitter” hesabında Stepanakertin (Xankəndi -red.) iyun ayında tamamilə Azərbaycan silahlı qüvvələrinin nəzarəti altında olacağını bildirməsindən sonra Yerevan-Xankəndi yolunda Rusiya sülhməramlıları gücləndirilmiş iş rejiminə keçib”.

KONKRET.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb.

“Sülhməramlılar avtomobilləri saxlayaraq insanları və yük yerlərini bir-bir yoxlayırlar”, – məqalədə qeyd olunub.

Xatırladaq ki, Əhməd Şahidov mayın 2-də “Twitter” hesabında paylaşım edərək iyun ayında Xankəndinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyini bildirib. Sözügedən paylaşım sosial şəbəkələrin erməni seqmentinin “ciddi narazılığına” səbəb olub./qazet.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*