Cəbhədə gərgin döyüşlər davam edir.
KONKRET.az Report-a istinadən xəbər verir ki, noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.
Düşmən rayon ərazisinə ümumilikdə 36-ya yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.
