Ermənilər vaxtilə azərbaycanlıların yaşadığı kəndləri boşaldıblar.
KONKRET.az xəbər verir ki, bu barədə ermənilərin “Tatoyan” fondu məlumat yayıb.
Məlumatda bildirilir ki, ermənilər şərti Ermənistan-Azərbaycan sərhədində yerləşən Yuxara (Nerkin) Şorca və Aşağı (Verin) Şorca vaxtilə azərbaycanlıların yaşadığı kəndləri tərk ediblər.
Xatırladaq ki, 1988-ci ildə Kremlin təklifi ilə bu kəndlərdə yaşayan bütün azərbaycanlılar öz yurdlarından zorla qovulub.
Şəkillərdə azərbaycanlıların dağılmış evləri görmək olar.


Xuraman Etibarlı,
KONKRET.az
