Ermənilər xislətindən ƏL ÇƏKMİR: Mərasimdə bayrağımızı yandırdılar – VİDEObackend

Ermənilər xislətindən ƏL ÇƏKMİR: Mərasimdə bayrağımızı yandırdılar - VİDEO

Ermənilər murdar xislətlərindən əl çəkə bilmirlər. Ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağını yandırıblar.

KONKRET.az xəbər verir ki, İrəvanda Karen Dəmirçyan adına idman-konsert kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilir.

Mərasim insidentsiz ötüşməyib. Azərbaycan bayrağı səhnəyə çıxarılandan sonra erməni dizayner Aram Nikolyan onu yandırıb.

Təhlükəsizlik əməkdaşları bayrağımızı təhqir etmək istəyən ermənini saxlayıb və səhnəyə yeni Azərbaycan bayrağı gətiriblər.

Xatırladaq ki, Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan aprelin 15-23-də Ermənistanda keçiriləcək ağır çəkidə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları üçün hansı xüsusi təhlükəsizlik tədbirlərinin təmin ediləcəyi ilə bağlı zəmanət verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*