Gümrüdə 102-ci Rusiya hərbi bazasının yaxınlığında “Bever” PDP radikal hərəkatının aksiyası keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilir ki, polis aksiya iştirakçılarına bazada çadır qurmağa icazə verməyib. Buna görə də fəallar dağılışmaq qərarına gəliblər.
Ermənistanın Milli Demokratik Qütbü Rusiyaya qarşı payızın ortalarında başlayan silsilə aksiyalarını hələ də davam etdirir.
Yanvarın 8-də hərəkatın 100-dən çox üzvünün Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən mitinqdə saxlanıldığı bildirilib. Yanvarın 11-də hərəkat üzvləri Rusiyanın İrəvandakı səfirliyi qarşısında ikinci mitinq keçirib. Burada 300-ə yaxın insan iştirak edib. Səfirliyin binası polis tərəfindən mühasirəyə alınıb.
Günel Mikayılova,
KONKRET.az
