Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Goranboy və Naftalanda mülki əhaliyə dəymiş ziyanın hesablanmasına başlanılıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, Naftalan şəhərində 3 fərdi evə, 1 mülki obyektə zərər dəydiyi müəyyən olunub. Goranboy rayonunda isə ilkin olaraq 300-ə yaxın fərdi yaşayış evinə, obyektə, həmçinin məktəb və inzibati binalara zərər vurulub.
“Hazırda monitorinq aparılır, hesablanma işləri davam etdirilir. Ən çox zərər görən kənd isə Tap Qaraqoyunludur”, – deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı noyabrın 10-da ordumuzun qələbəsi ilə başa çatıb.
