backend

Ermənilərin rəsmi dil məsələsini gündəmə gətirmələrinin konkret hədəfi - ƏTRAFLI

Son vaxtlar Yuxarı Qarabağdakı separatçılar dünyanı təəccübləndirməkdə, azərbaycanlıları isə  qıcıqlandırmaqda davam edirlər. Separatçıların məqsədləri bəllidir. Necə deyərlər: “Cəhənnəmə gedən özünə yoldaş axtarır”. Son nəfəslərini verməkdə olan erməni millətçiləri “bəlkədə qaytardılar” ümidi ilə bütün vaiantlara əl atırlar. İki gün öncə gündəmə gətirdikləri məsələ də bunun davamıdır. Belə ki, Qarabağda separatçılar rus dilini ikinci “rəsmi dil” elan ediblər. Düzü, məndən olsa, separatçıların bu tip təxribatlarına fikir vermərəm. Amma neyləyək ki, bəzi soydaşlarımız və bəzi həmkarlarımız ermənilərin təxribatlarına həssaslıqla yanaşırlar.  Bu da isə istər-istəməz narahatlıq yaradır. Ona görə də bu məsələyə münasibət bildirmək zorunda qaldım. Və bəri başdan bildirim ki, separatçıların rus dili məsələsini  gündəmə gətirmələri təsadüfi məsələ deyil. Bu məsələdə separatçılar iki məsələni hədəfləyiblər.

Birinci səbəbi budur ki, bununla separatçılar rusların daha çox sevgisini qazanacaqlarını düşünürlər. Hesab edirlər ki, bu tip bəyanatlarla Moskvanın xoşuna gələ bilərlər. Və bu minvalla Qarabağın Rusiya Federasiyasına birləşdirilməsi istiqamətində müəyyən addım atm ış olarlar. Bu ermənilər üçün ən optimist variantdır.

İkinci səbəb isə odur ki, separatçılar Azərbaycanı təxribata çəkmək, yenidən müharibəni alovlandırmaq istəyirlər. Zənn edirlər ki, müharibə başlasa, 10 noyabr sülh anlaşması pozulacaq və hazırkı status-kvo ləğv ediləcək. ATƏT-in Minsk qrupu yenidən fəaliyyətə başlayacaq və ilaxır.

Təbii ki, separatçıların arzuladığı hər iki variant reallıqdan çox uzaqdır. Əvvəla, onu deyim ki, Qarabağdakı etnik ermənilərin dil məsələsi ilə bağlı Prezident İlham Əliyev bir müddət əvvəl bildirdi ki: “Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranlar manipulyasiya edirlər. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz”.

Bu məsələnin rəsmi və real tərəfidir. Yəni Dağlıq Qarabağ problemi 2020-ci ildə qaldı. Və bu problemin yenidən qabardılması qeyri-mümkündür. Amma separatçılar və onların beynəlxalq havadarları reallıqla barışmaq istəmir. Hər vasitə ilə 10 noyabr sülh anlaşmasını pozmağa çalışırlar. Yada salaq ki, 2 ay əvvəl ermənilər faşist Qaregin Njdeyə Xocavənddə abidə qoydular. Əslində abidə məsələsi də, dil məsələsi də konkret məqsədlər üçündür. Müharibəyə başlamaq cəsarəti və gücü olmayan ermənilər çıxış yolunu Azərbaycanı təxribata çəkməkdə görürlər. Yəni azərbaycanlılar Xocavəndə və yaxud yə hüXankəndicum etsin və bir xeyli dinc əhali qırılsın. Ermənilər də bu fürsətdən yararlansın. Dünyanı ayağa qaldırsınlar və Azərbaycana təzyiqlər başlasın. Beləcə, atəşkəs pozulsun. ATƏT-in Minsk qrupu yenidən fəallaşsın, Azərbaycanlıların “etibarsızlığını” görən Rusiya yenidən Ermənistanı qətiyyətlə müdafiə etsin. Son nəticədə 10 noyabr anlaşması pozulsun və 6 ay əvvəlki status-kvo bərpa edilsin. Bax, bütün erməni faşistlərinin hazırdakı əsas hədəfi budur.

Əslində istər rəsmi dil, istərsə də abidə məsələsini ermənilərin gündəmə gətirməsi bizim üçün hər şeyin qaydasında olduğunu göstərir. Yəni ermənilər nə qədər narahatdırsa, bu, bir o qədər bizi rahatlaşdırır. Bu, həm də onu göstərir ki, ermənilər boş-boş danışır, azərbaycanlılar isə konkret iş görür. Görülən işlərin qapalı aparılması vacib və məqsədəuyğundur. Bunu başa düşürük. Lakin məsələ hər iki tərəf üçün həssas olduğuna görə səsləndirilən istənilən fikrə heç kim laqeyd qalmır.

Cəmiyyətdəki marağı görən bəzi xəbər portalları da sensasiya dalına düşür, yersizi və əsassız məlumatlar tirajlayırlar. Nəzərə alaq ki, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə başa çatsa da, ideoloji və diplomatik mübarizə davam edir. Ona görə də indiki məqamda hər vətəndaş, xüsusilə də mətbuat çox diqqətli olmalıdır. Ermənilərin məqsədli şəkildə yaydığı dezinformasiyalar tirajlanmamalıdır. Çünki millətçi ermənilər hər vasitə ilə bizi təxribata çəkmək istəyirlər. Bu dezinformasiyalarda iki hədəf güdürlər.

Birincisi, yenidən müharibəni alovlandırmaq və itkilərini sığortalamaq.

İkincisi isə ən azında Azərbaycandakı ictimai-siyasi və iqtisadi sabitliyi pozmaq.

Ona görə də diqqətli olmalıyıq. Hər informasiyanın ən doğru mənbəyinin Azərbaycanın müvafiq dövlət qurumları olduğunu unutmamalıyıq.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*