Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında dünyasını dəyişib.
KONKRET.az Mk.ru-ya istinadən xəbər verir ki, o, Moskvanın qərbində, Vasili Lanovoy küçəsində ölü tapılıb.
Hazırda Məhərrəmovun ölüm səbəbi məlum deyil. Prodüserin intihar etdiyi və ya bədbəxt hadisənin qurbanı olduğu ehtimal edilir.
Qeyd edək ki, Məhərrəmov 10 ildən artıq müddət ərzində şou-biznes sahəsində çalışıb. O, “360 dərəcə” formatında layihələrin idarə olunması üzrə ixtisaslaşıb. Müxtəlif illərdə “Self Made Music”, “Archer Music” və “Out of Records” leybllərinə rəhbərlik edib.
Musiqi meneceri və konsert təşkilatçısı kimi Olqa Buzova, “Artik & Asti” ilə əməkdaşlıq edib. Leybl rəhbəri kimi isə Buzova, Dima Bilan, “Artik & Asti”, T’Killah, “Alex & Rus”, Dashi və digər ifaçılarla çalışıb.//Oxu.az
