Azərbaycan–İtaliya Biznes Forumunda Bakının şəhərsalma inkişaf perspektivləri təqdim olunubbackend

Azərbaycan–İtaliya Biznes Forumunda Bakının şəhərsalma inkişaf perspektivləri təqdim olunub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Azərbaycan–İtaliya Biznes Forumunda şəhərsalmanın iqtisadi və regional əlaqələrin gücləndirilməsində rolu və paytaxtın strateji inkişaf prioritetlərinə dair məruzə ilə çıxış edib.

Read Qasımov müasir şəhərsalma planlaşdırmasının iqtisadi artım, investisiyaların cəlb edilməsi və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O, “Bakının 2040-cı ilədək inkişafına dair Baş Planı”na diqqət çəkərək bildirib ki, Baş Plan paytaxtın çoxmərkəzli inkişaf modelinə keçidini, yeni işgüzar mərkəzlərin formalaşdırılmasını, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini və iqtisadi fəallığın daha balanslı paylanmasını nəzərdə tutur.

“Bakı Ağ Şəhər” layihəsi, ictimai nəqliyyatın modernləşdirilməsi və sahilyanı ərazilərin inkişafını nümunə gətirən Baş İdarə rəisi kompleks şəhərsalma həllərinin özəl investisiyaların cəlbinə, yeni iş yerlərinin yaradılmasına və paytaxtın iqtisadi rəqabət qabiliyyətinin artırılmasına töhfəsini vurğulayıb.

Forum çərçivəsində, həmçinin Azərbaycan və İtaliya arasında memarlıq, infrastruktur və şəhər mühitinin yenilənməsi sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*