Qırğızıstan prezidenti və Ermənistanın baş naziri Avrasiya İttifaqı ilə İran arasında azad ticarət sazişinin imzalanmasını alqışlayıb və bunu beynəlxalq əməkdaşlıq üçün əsas marşrut olaraq qələmə verib.
KONKRET.az “Farsnews”a istinadən xəbər verir ki, Qırğızıstan prezidenti Sadir Cabbarov Avrasiya Ali İqtisadi Şurasının iclasında deyib: “Bişkek İndoneziya ilə azad ticarət zonasının yaradılmasının və İranla azad ticarət zonasının genişləndirilməsinin tərəfdarıdır”.
Qeyd edək ki, görüşdə Ermənistan da İranla tam azad ticarət sazişinin tərəfdarı olub. İclasda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib: “Ermənistanın Avrasiya ilə İran arasında tam hüquqlu azad ticarət sazişinin bağlanmasında maraqlı olmasını vacib sayıram”.
Natiq Səlim,
KONKRET.az
