Rusiya keçmiş ukraynalı deputatın qətlindən narahatdırbackend

Rusiya keçmiş ukraynalı deputatın qətlindən narahatdır

Federasiya Şurasının komitələri dekabrın 13-dək Rusiya siyasətçiləri və ictimai xadimlərini Ukraynadan gələn təhdidlərdən qorumaq üçün təkliflər hazırlayacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev məlumat verib.

O bildirib ki, belə bir göstəriş senatorlara Moskva vilayətində Ali Radanın keçmiş deputatı İlya Kivanın qətlindən sonra verilib.

Kosaçevin sözlərinə görə, Rusiya siyasətçilərinə və media işçilərinə qarşı təhdidlər ola bilər və onları qorumaq üçün həm Rusiyada, həm də beynəlxalq səviyyədə sistemli qərarlara ehtiyac var.

Bundan əvvəl Kosaçev Kivanın qətlini terror aktı adlandırıb və bunun arxasında Ukrayna Müdafiə Nazirliyinin dayandığını bildirib.

Ali Radanın keçmiş deputatı İlya Kivanın qətli dekabrın 6-da Moskva vilayətinin Suponevo kəndindəki kottec icmasının parkında baş verib. Kiva “naməlum silahla” vurulub.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*