Türkiyə və Pakistan müharibəyə girir? – TƏCİLİbackend

Türkiyə və Pakistan müharibəyə girir? – TƏCİLİ

Məkkə Sazişinə qoşulan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə öhdəliklərinin icrasına başlamaq və hərbi qüvvələri Krallığın ərazisində yerləşdirmək barədə razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin yaydığı birgə bəyanatda məlumat verilib.

Qeyd olunur ki, tərəflər birgə müdafiə mexanizmlərinin praktiki şəkildə tətbiqinə dərhal başlanılması barədə qərar qəbul ediblər. Bununla yanaşı, razılaşdırılmış silahlı qüvvələrin və hərbi imkanların təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi və qoşunların Krallıq ərazisində mümkün qədər qısa müddətdə yerləşdirilməsi nəzərdə tutulur.

Bu addımın əsas məqsədləri arasında döyüş hazırlığının gücləndirilməsi, hərbi inteqrasiyanın artırılması və mümkün təhdidlərə qarşı birgə mübarizə imkanlarının genişləndirilməsi göstərilir.

Qərarın qəbul edilməsinə əsas səbəblərdən biri Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husilərinin Səudiyyə Ərəbistanına qarşı hücumlarını artırması olub.

Qeyd edək ki, Yəməndə husilərlə hökumət qüvvələri arasında döyüşlər şiddətlənir. Bu fonda husilər Səudiyyə Ərəbistanı ərazisinə də ardıcıl raket zərbələri endirirlər. Hazırda maraqla gözlənilən məsələlərdən biri isə Türkiyə və Pakistanın husilərin bu addımlarına hansı formada cavab verəcəyidir./globalinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*