İran onları geri çağırır – ev, pul vəd edirbackend

İran onları geri çağırır – ev, pul vəd edir

Xaricdə yaşayan iranlı mütəxəssislərin ölkəyə qayıtması üçün onlara bir neçə xüsusi imtiyaz tanınacaq.

KONKRET.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.

“İrana qayıdan mütəxəssislər özləri ilə istənilən avtomobili gətirə bilərlər, rüsum tətbiq edilməyəcək. Bilik əsaslı şirkətlərin yaradılması və inkişafı üçün onlara İnnovasiya və Rifah Fondundan xüsusi dəstək göstəriləcək, həmin şəxslər qısa müddətdə mənzillə təmin olunacaqlar”, – o bildirib.

Mühacirani bu qərarı Nazirlər Kabinetinin təsdiqlədiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*