Qorxulu vəba xəstəliyi yayılır – Sibirdə nə baş verir?backend

Qorxulu vəba xəstəliyi yayılır - Sibirdə nə baş verir?

Sibirdə ağciyər vəbasına yoluxma ehtimalı ilə bağlı xəbərlər çoxlarının uzaq keçmişin xəstəliyi hesab etdiyi vəbaya yenidən diqqət çəkib. Lakin vəba tamamilə yox olmayıb. Bu təhlükəli infeksiya ilə bağlı mühüm faktları təqdim edirik.

Ağciyər vəbası Yersinia pestis bakteriyasının törətdiyi infeksiyanın üç əsas formasından biridir. Bubon vəbası zamanı bakteriyalar limfa düyünlərini, septikemik vəba zamanı isə qanı zədələyir.

Epidemioloji baxımdan ən təhlükəli forma məhz ağciyər vəbası hesab olunur. Çünki xəstəlik hava-damcı yolu ilə ötürülür və insanlar arasında sürətlə yayıla bilər.

Xəstəlik sürətlə inkişaf edir. İnkubasiya dövrü bir neçə saatdan bir neçə günədək davam edə bilər. İlk simptomlar ağır respirator infeksiyanı xatırladır: yüksək hərarət, üşütmə, baş ağrısı və güclü halsızlıq. Daha sonra xəstənin vəziyyəti çox sürətlə pisləşə bilər. Döş qəfəsində ağrılar, tənəffüs çətinliyi və bəzən qanlı ifrazatla müşayiət olunan öskürək yaranır. Müalicə edilmədikdə xəstəlik ilk simptomların ortaya çıxmasından bir neçə gün sonra ölümlə nəticələnə bilər.

Sağalma üçün erkən diaqnostika həlledici əhəmiyyət daşıyır. Müalicəyə simptomlar yarandıqdan sonra ilk saatlarda və ya ilk sutka ərzində başlamaq arzuolunandır. İnfeksiyanın törədicisi bir sıra antibiotiklərə həssasdır.

Yersinia pestis bakteriyası vəhşi gəmiricilər və onların üzərində parazitlik edən birələr arasında təbii ocaqlarda qorunub saxlanılır. İnfeksiyanın bu təbii rezervuarlarını tamamilə aradan qaldırmaq praktiki olaraq mümkün deyil. Belə təbii ocaqlar Rusiyanın bəzi regionlarında, o cümlədən Sibirdə və Altayda da mövcuddur.

Belə ki, 2026-cı ilin avqustunda rusiyalı və monqol alimləri iki ölkənin sərhədində yerləşən böyük təbii vəba ocağının aktivliyini təsdiqləyiblər.

Rəsmiyyə Şərifova,.
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*