Ermənistan daha iki tanınmış daşnakın ölkəyə girişini QADAĞAN ETDİ – FOTObackend

Ermənistan daha iki tanınmış daşnakın ölkəyə girişini QADAĞAN ETDİ - FOTO

Ermənistan daha iki tanınmış daşnakın ölkəyə girişinə qadağa qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, paytaxtın Zvartnots hava limanında onun Ermənistana girişi də qadağan edilib.

Daşnaksütyun Partiyasının gənclər qanadının üzvü Suna Abramyanın Ermənistana girişinə qadağa qoyulandan bir neçə saat sonra Hollandiya Erməni Milli Partiyasının sədri, tanınmış daşnak Masis Abramyan da İrəvanda birmənalı qarşılanmayıb.

“Artıq bəllidir ki, arzuolunmaz şəxslərin siyahısı hazırlanıb. Və əvvəlki bəyanatlarımızda vurğuladığımız kimi, Paşinyan sui-qəsd rejiminin alətinə çevrilmiş, ölkəni uçuruma aparan Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu cür anti-xalq qərarlarına görə məsuliyyət daşıyır”, – “Daşnaksütyun Qərbi Avropa”nın bəyanatında deyilir.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Hollandiya və Fransaya səfərləri zamanı yerli erməni icmaları istefa tələbi ilə ona qarşı etiraz aksiyası təşkil etmişdilər. Bir neçə həftə əvvəl tanınmış daşnak Murad Papazyanın Ermənistana girişinə qadağa qoyulub. Bu gün isə hakimiyyət Suna Abramyana girişə icazə verməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*