“Ermənistan ərazisində antiterror əməliyyatlarına başlamaq olar” – ŞƏRHbackend

“Ermənistan ərazisində antiterror əməliyyatlarına başlamaq olar” - ŞƏRH

“Son 2-3 gün ərzində ermənilərin media seqmenti nədənsə sevincək haldadır. Onların əsas sevinci guya yenidən Rusiyanın himayəsinə keçməsi ilə bağlıdır. Ermənilər deyəsən, bir məqamı yadlarından çıxarıb.

Şoyqu deyir ki, “Biz Ermənistanı silahlandıracağıq”. Səhəri gün isə Paşinyan sülh danışıqlarına hazır olmasından danışır. Görünən odur ki, hazırda nə rəsmi İrəvan, nə də Bakı Kremlin göstərişi ilə hərəkət etmək fikrində deyil”.

KONKRET.az teleqram kanallarına şərhlərə istinadən bildirir ki, Ermənistanı silahlandırmaq istəyi Rusiyaya heç bir üstünlük qazandırmayacaq. Əksinə, bu ölkəninn regiondakı maraqlarına güclü zərbə dəyə bilər.

Ümumiyyətlə, Rəsmi Bakı birbaşa bəyan edib ki, Ermənistanın silahlandırılmasına heç bir ehtiyac yoxdur. Çünki sülhə görə silahlanmaq olmaz. Məhz bu məsələlər aktuallaşarkən, Azərbaycanın İsraildən daha 2 milyard dollarlıq silah alması da buna cavabdır. Əlbəttə, Rusiya pulsuz olaraq Ermənistana silah verməyəcək. Həm yüksək faizlə kredit ayıracaq, həm də, köhnə silah-sursatı ermənilərə yenidən baha satacaq. Paşinyan isə bu borcun altından çıxa bilməyəcəyini anlayır.

Qərb isə bilir və başa düşür ki, Azərbaycanın Ermənistana vurduğu zərbənin təsiri getməmiş, Kreml bilərəkdək İrəvanı yenə hərbi eskalasiyaya sürükləyir. Səbəb isə sadədir. Qərbin və ermənilərin dəstəklədiyi Paşinyanı xalq bu dəfə ki, məğlubiyyətdən sonra devirsin. Əslində Kreml hazırda Ermənistanda sabitliyin pozulmasına görə çalışır və erməni xalqına Paşinyanın düşmən olmasını sübut etmək istəyir. Azərbaycan Prezidenti isə açıq aydın dedi ki, biz məsələnin istənilən həll formasına hazırıq. Əgər ermənilərə savaş lazımdırsa, biz onu edərik.

Bu səbəbdən Azərbaycanın mühüm postlarından biri olan Qərargah rəisi təyin edildi və korpus komandanlıqlarında dəyişikliklər baş verdi. Hazırda Naxçıvan Əlahiddə Qoşun Qüvvələri təlimdə tam döyüş hazırlığına gətirilib.

Ermənistan ərazisindən atəş açılması Naxçıvan Qoşunlarına tam olaraq haqq verir ki, Ermənistan ərazisində antiterror əməliyyatlarına başlasınlar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*