“Ermənistan ərazisində Türkiyə-İran müharibəsini istisna etmirəm”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan mediasına müsahibəsində politoloq Stepan Danielyan deyib.
“KTMT təlimlərindən imtina Ermənistan hakimiyyətinin Türkiyəyə tabe olması məntiqinə uyğundur.
Bu da onlara dəhliz verilməsinə dair razılaşma ilə nəticələnə bilər.
Ermənistan hakimiyyəti hətta gələcəkdə türk və ya Azərbaycan dilini ikinci, bəlkə də birinci rəsmi dil kimi tanıya bilər”, – Danielyan deyib.
Onun sözlərinə görə, 2020-ci ildə Rusiyanın zəifləməsi ilə Türkiyə Moskvanın müttəfiqi kimi bölgəyə daxil olub.
“Növbəti mərhələdə biz Türkiyə-İran qarşıdurmasını, hətta Ermənistan ərazisi də daxil olmaqla müharibəni görəcəyik.
Bəs Ermənistanın indiki hakimiyyəti hansı siyasəti aparmalıdır? Onlar müqavimət göstərməli, müttəfiqlər qazanmalı və ya təslim olmalıdırlar. Türkiyəyə təslim olub, Türkiyə proqramına daxil olurlar, bu Qərb proqramıdır. Bu, Rusiyanı regiondan sıxışdırmaqdan ibarətdir və biz bunun qarşısını alırıq. Proqram həm də İrana qarşı yönəlib.
Əliyev Ermənistanı heç kimə arxalanmamağa çağırıb. Bakı tələsir və təkcə Qarabağın deyil, həm də Ermənistanın problemlərini həll etməyə çalışmalıdır. Çünki sülhməramlıların qalma müddətinin uzadılması məsələsi tezliklə aktuallaşacaq”, – politoloq qeyd edib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın Zəngəzurda olmamasına səbəb guya İran təlimidir.
“Tehran olmasaydı, Zəngəzur məsələsi çoxdan həll olunmuşdu. Dəhliz İranı təhdid edir”, – deyə Danielyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
