“Ermənistan heç vaxt Qarabağ torpağını özününkü hesab etməyib” – Siyasi şərhçibackend

"Ermənistan heç vaxt Qarabağ torpağını özününkü hesab etməyib” - Siyasi şərhçi

Bu günlərdə Qarabağda 30 ildə ilk dəfə olaraq sərnişin təyyarəsi eniş etdi. Bu, regionda çiçəklənmənin və sülhün əldə oluna biləcəyini sübut edir. Demək ki, bu mümkün bir şey idi. Əsas istəyin olmasıdır. Ermənistanın bu istəyi heç vaxt olmayıb, Azərbaycanın isə gördüyümüz kimi, belə bir istəyi kifayət qədərdir.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Rusiyada yaşayan siyasi şərhçi Kamran Həsənov bildirib.

“Füzuli rayonu 30 il Ermənistanın işğalı altında qalıb. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi bu və Azərbaycanın digər rayonlarının qeyd-şərtsiz azad edilməsini tələb edirdi. Bir il bundan əvvəl ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Füzulini azad etməyi bacardı. Ermənistan kapitulyasiyasından sonra Azərbaycan tikinti-quruculuq işlərinə başladı. Azad edilmiş Qarabağın ilk hava limanının rekord müddətdə tikilib təhvil verilməsi təqdirəlaiq sayıla bilər”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bu cür tikinti işləri Bakı rəhbərliyinin Qarabağda iqtisadi həyatı mümkün qədər tez bərpa etmək istəyi ilə izah olunur:

“Ermənistan hakimiyyəti işğal edilmiş torpaqları səhraya çevirmişdi, evləri, məscidləri, zavodları dağıdıb, kənd təsərrüfatı torpaqlarında minalar basdırıb, meşələri isə kəsib talamışdı. Bu cür davranış onu sübut edir ki, İrəvan Qarabağa özgə mülkiyyəti kimi yanaşırdı və onu inkişaf etdirmək istəmirdi, çünki əslində heç vaxt Qarabağ torpağını özününkü hesab etməyib”, – deyə Həsənov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*