Ermənistan hərbçisi hərbi hissədə ölü tapıldıbackend

Ermənistan hərbçisi hərbi hissədə ölü tapıldı

Ermənistan Müdafiə Nazirliyi hərbçi Edgar Zakaryanın hərbi hissələrdən birində ölü tapıldığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, nazirliyin məlumatına görə, hərbçinin meyiti bu gün odlu silah yarası ilə aşkarlanıb.

Məlumata əsasən, bu, son bir ay ərzində Ermənistanda sülh dövründə hərbçinin ölümü ilə bağlı ikinci hadisədir.

Hadisənin səbəbləri və digər təfərrüatlar barədə əlavə məlumat verilməyib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*