Ermənistan Hindistana Qarabağla bağlı mövqeyinə görə TƏŞƏKKÜR ETDİbackend

Ermənistan Hindistana Qarabağla bağlı mövqeyinə görə TƏŞƏKKÜR ETDİ

Ermənistan Hindistana Qarabağla bağlı mövqeyinə görə təşəkkür edib və Kəşmirdə dəstək verib.

KONKRET.az xəbər verir ki, bu barədə Xarici işlər naziri Ararat Mirzoyan mayın 30-da Hindistanın WION informasiya-analitik portalına müsahibəsində deyib.

O bildirib ki, Ermənistan Hindistanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa və ABŞ) himayəsi altında Qarabağ münaqişəsinin sülh yolu ilə və hərtərəfli həllinə ardıcıl köməyini yüksək qiymətləndirir.

Erməni diplomatiyasının rəhbəri bir sıra regional və beynəlxalq məsələlərdə İrəvan və Nyu Dehlinin mövqelərinin ümumi olduğunu qeyd edib.

“Ermənistan qlobal qarışıqlıq dövründə Hindistanın balanslı və sabitləşdirici mövqeyini yüksək qiymətləndirir. Ermənistan hökuməti Hindistanla əməkdaşlığın daha da gücləndirilməsini özünün strateji prioritetlərindən biri hesab edir. Biz Cammu və Kəşmirdə Hindistanı dəstəklədik və bunu davam etdirəcəyik”, – Mirzoyan vurğulayıb.

Onun sözlərinə görə, Zaqafqaziya Respublikası ilə Cənubi Asiya nəhəngi arasında müdafiə, yüksək texnologiyalar, nəqliyyat, qida sənayesi, səhiyyə, əczaçılıq, turizm, mədəniyyət kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensial var.

Ötən ayın sonunda Ararat Mirzoyan Hindistana səfər edib, orada baş nazir Narendra Modi və hindistanlı həmkarı Subrahmanyam Caişankar ilə danışıqlar aparıb.

Xatırladaq ki, Ermənistan Hindistandan “Swathi WLR” yanğın aşkar edən radar alıb, həmçinin müxtəlif raket sistemləri almaqda maraqlıdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*