Ermənistan MN: “Hərbçilər üçün pul, ərzaq, geyim və məişət əşyalarının yığılmasını DAYANDIRIN”backend

Ermənistan MN: "Hərbçilər üçün pul, ərzaq, geyim və məişət əşyalarının yığılmasını DAYANDIRIN"

Ermənistan Müdafiə Nazirliyi vətəndaşları hərbi qulluqçular üçün pul, ərzaq, geyim və məişət əşyalarının yığılmasını dayandırmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistan Müdafiə Nazirliyi orduya kömək etməyə hazırlığı yüksək qiymətləndirib. Buna baxmayaraq bildirib ki, ictimai yerlərdə hərbi qulluqçular üçün ərzaq, geyim və digər əşyaların toplanması, sosial şəbəkələrdə pul yığılması yolverilməzdir.

Məlumata görə, Müdafiə Nazirliyi tərəfindən hər bir belə halla bağlı lazımi materialların öyrənilməsi, mümkün sui-istifadə hallarının müəyyən edilməsi, təqsirkarların məsuliyyətə cəlb edilməsi məqsədilə hüquq-mühafizə orqanlarına təqdim olunacaq.

“Bir daha biz ərzaq, geyim, məişət əşyaları, avadanlıq və pul yığımına son qoymağa çağırırıq.

Müdafiə Nazirliyi vətəndaşlardan və KİV-dən daxil olan bütün xəbərlərə lazımi cavab verir”, – deyə məlumatda bildirilir.

Xuraman Etibarlı,

KONKRET.az

  • Mais
    Oktyabr 2, 2022 - 06:05

    Bu çaqqallar tam qırılmasa mikrob kimi, düzələn deyillər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*