Ermənistan Xüsusi Xidmət orqanları Müdafiə Nazirliyinin keçmiş rəisi David Tonoyanın mənzilində axtarış aparır.
KONKRET.az “Hraparak”qəzetinə istinadla xəbər verir ki, böyük ehtimalla, o saxlanılaraq ittiham olunacaq.
Aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyanın, Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın da evində axtarışlar aparılır. Stepan Qalstyan Milli Təhlükəsizlik Xidmətinə dəvət edilib. Nəşr qeyd edir ki, axtarışlar silah tədarükü ilə bağlı cinayət işləri ilə bağlıdır.
Xüsusi Xidmət orqanlarının Yuri Xaçaturov və Seyran Ohanyanı da ziyarət” etmək niyyətində olduğu bildirilir.
Xuraman Etibarlı
KONKRET.az
