Ermənistanda 12 mindən çox hərbçiyə cinayət işi açılıb – İstintaq Komitəsibackend

Ermənistanda 12 mindən çox hərbçiyə cinayət işi açılıb - İstintaq Komitəsi

Ermənistan İstintaq Komitəsi təxminən 12 600 nəfərə qarşı 1600-ə yaxın cinayət işi açıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan məlumat verib.

O, Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət keçmə qaydası əleyhinə və hərbi əməliyyatlarla bağlı digər cinayətlərlə əlaqədar başlanmış cinayət işləri haqqında məlumatları təqdim edib.

Bu işlər çərçivəsində 883 nəfər, o cümlədən 78 zabit (17 yüksək rütbəli zabit), 150 müqaviləli hərbi qulluqçu, 491 ehtiyatda olan hərbçi, 36 çağırışçı, 128 mülki şəxs ittiham olunub. Bu cinayət işlərindən 152-si üzrə ibtidai istintaq tamamlanıb. O cümlədən 29 şəxs barəsində 23 iş ittiham aktı ilə məhkəməyə göndərilib. Bundan əlavə, ümumilikdə 17 mindən çox insan dindirilib. Bu işlərdən 152-si üzrə ibtidai araşdırmalar tamamlanıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*