Ermənistan ordusunun keçmiş zabiti azərbaycanlılara “xəbərdarlıq” etdi – VİDEObackend

Ermənistan ordusunun keçmiş zabiti azərbaycanlılara "xəbərdarlıq" etdi - VİDEO

Ermənistan ordusunun keçmiş zabiti, hazırda bloger olan erməni azərbaycanlılara “xəbərdarlıq” edib.

KONKRET.az-ın erməni mənbələrindən əldə etdiyi videoda keçmiş zabit olan bloqer Azərbaycan Ordusunun Zəngəzurda olduğunu təsdiq edir. Panikaya düşən erməni Azərbaycan vətəndaşlarına müraciət edərək deyib:

“Çox hörmətli azərbaycanlılar, hazırda sizin oğullarınız, qardaşlarınız, əsgərləriniz Ermənistan ərazisinə soxulublar. Erməni hökuməti özü koma vəziyyətindədir, hətta mən özüm də bir keçmiş zabit kimi orada nə baş verdiyini anlamıram”.

O, daha sonra hədələrlə  “xəbərdarlığa” keçib:

“Mən sizi xəbərdar edirəm ki, erməni tərəf bütün vasitələrdən istifadə edəcək və öz ölkəsini müdafiə etməyə yetərli gücü də var. Mən inanıram ki, gec-tez nəsə baş verəcək. Bundan sonra oradan sizin tonlarla meyitləriniz çıxanda heç vaxt deməyin ki, Ermənistan aqressordur. Azərbaycan Silahlı Qüvvələri suveren dövlətin ərazisinə soxulub. Nə KTMT, nə də erməni hökuməti bir tədbir görür. Amma unutmayın, bu, müvəqqətidir”.

Xuraman Etibarlı

KONKRET.az

P.S. Azərbaycanı və Ordusunu belə gülünc çıxışlar qorxuda bilməz! 

 

 

  • musa
    May 14, 2021 - 14:04

    больной армянин это территорие на законных основах Азербайджана .

  • Aslan
    May 14, 2021 - 15:14

    30 il bizim torpağ işqal altında qaldı biraz da biz işqal altında saxlayaq sizi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*