Parlamentdə dava salan erməni deputat saxlanıldı – YENİLƏNİBbackend

Parlamentdə dava salan erməni deputat saxlanıldı - YENİLƏNİB

Ermənistan parlamentinin “Hayastan” adlı fraksiyasından olan deputatı Mher Saakyan baş vermiş dava-dalaş olayına görə saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, deputata qarşı cinayət işi başlanılıb, şahid ifadələri alınıb və lazımı istintaq hərəkətləri keçirilir.

13:59

Erməni deputat parlamentdə baş verən davadan sonra xəstəxanaya aparılıb.

KONKRET.az xəbər verir ki, bu gün Ermənistan parlamentində deputatlar arasında dava baş verib. Davadan sonra hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Vladimir Vardanyan xəstəxanaya aparılıb.

Jurnalistlər parlament sədrinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Bildirilib ki, parlament rəhbəri Alen Simonyan hadisə yerində olmayıb, lakin hadisəni pisləyir.

Polis dərhal Mher Saakyanı polis bölməsinə aparıb. Polisə Vladimir Vardanyanın müraciət etdiyi bildirilib.

Dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdar edilib, cinayət işi başlanıb və Mher Saakyan dindirilməyə çağırılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*